“Xəzər Lənkəran” və “İnter” üçün fürsət: Medalçı ol, Avropaya çıx!
30.04.2012 - 23:02
Premyer Liqada son turda müəyyənləşən çempionluğun ardından digər əyarlı medalların da sahibləri mövsüm bitməmiş dəqiqləşmək imkanındadır. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin qızıl medalçı olmağının ardından sona 2 tur qalmış turnir cədvəlində 2-ci və 3-cü pillədə gedən “Xəzər Lənkəran”la “İnter”in müvafiq olaraq, gümüş və bürünc mükafata yiyələnmələri artıq növbəti turda rəsmiləşə bilər.
Bu, mayın 5-də “Xəzər Lənkəran”ın evdə “Qəbələ”yə, “İnter”in səfərdə “Qarabağ”a qalib gələcəyi halda baş verəcək. Onda son turun oyunlarına ehtiyac qalmayacaq. Bu zaman avrokuboklara son 2 vəsiqənin sahibinin də həmin komandalar olmağı və son 3 ildə ölkəmizi Avroliqada uğurla təmsil edən “Qarabağ”la kənarda qalacağı rəsmiləşəcək.
Ona görə də “Qarabağ”a şansını saxlamaq üçün “İnter”lə ev oyununda mütləq qalib gəlməlidir. Ağdamlılar buna nail olarsa, “bankirlər”lə xalları bərabərləşdirərək, son 2 mövsümdə qazandıqları bürünc medal uğrunda mübarizəni daha gərginləşdirəcək. Özü də “Qarabağ” bu zaman şəxsi oyunlarda “İnter”dən üstün olduğuna görə onu turnir cədvəlində qabaqlayacaq. Artıq hər şey Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın əlində olacaq. “Qarabağ” son turda “Xəzər Lənkəran”la səfər oyununda da qalib gələrsə, “Bakı” – “İnter” matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək.
Hazırda gümüş medala “Xəzər Lənkəran”a ən şanslı olsa da, “İnter”, elə “Qarabağ”ın da buna nəzəri şansı qalıb. Ancaq lənkəranlıların xal baxımından rəqiblərindən irəlidə olmaqla yanaşı, son 2 oyunu evdə keçirməyi imkanlarını artırır. “Xəzər Lənkəran”la “İnter”in sonda xalları bərabər olarsa, gümüş medalçı ikincilər olacaq. Çünki “bankirlər” lənkəranlılarla Premyer Liqada keçirdiyi 4 oyunun 2-də qalib, 1-də heç-heçə edib, 1-də uduzmaqla, üstünlüyə malikdir. “Qarabağ” da “Xəzər Lənkəran”la eyni xala malik olarsa, şəxsi oyuna görə onu qabaqlayacaq. Komandalar hərəyə 1 dəfə 1:0 hesablı qələbə qazanıb, 1 oyun qolsuz bərabərliklə nəticələnib ki, ağdamlılar son matçda 3 xal qazanarsa, üstünlük qazanacaq.
Bürünc medalçı olmağa şansı qalan “Qəbələ” bunun üçün növbəti turda mütləq Lənkəranda qalib gəlməlidir. 6-cı pillədə gedən “Bakı” isə ölkə kubokunun finalında çempion “Neftçi”yə rəqib kimi artıq Avroliqaya vəsiqə qazandığından, çempionatda 4-cü yeri tutan ora çıxa bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” indiyə kimi 2 dəfə – 2005-ci ildə debüt mövsümündə və ötən mövsüm gümüş medalçı olub. “İnter” 2 dəfə qızıl, 1 dəfə gümüş medalçı olsa da, kolleksiyasında hələ ki bürünc mükafat yoxdur.

0
0