Zeynal Məmmədov: Ramim şans istəsə...
02.05.2012 - 12:46
“Hələlik hansısa futbolçu ilə danışmamışıq”. Bunu apasport.az saytına “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.
“Zolaqlılar” 3,5 il heyətində oynayan milliləşdirilən braziliyalı futbolçu Fabio Luis Ramimlə qış fasiləsində yollarını ayırdı. Bu isə yığmamızda da oynamış yarımmüdafiəçinin zədəli olmağı ilə bağlı idi.
Fabio vətənində zədəsini sağaldaraq, qayıtdıqdan sonra özünə komanda axtarır. Onun “Bakı”ya qayıtmağının mümkünlüyü haqda fikirlərini bildirən Məmmədov danışıq aparmadıqlarını deyərək, moldovalı futbolçuları Aleksey Savinovla Vadim Boretsin də gələcək taleyinə toxunub: “Gəlib şans istəsə, Ramimə özünü göstərməyinə imkan yarada bilərik. Ancaq nəzərə alaq ki, futbol günü-gündən qabağa gedir. Müdafiə planında problemlərimiz yarandı, Elvin Əliyev, Duje Bakoviç zədələndi, Savinova ehtiyac duyduq. Bundan əlavə, orta sahədə bəzi problemlərimiz oldu, Boretsi sərəncamımda saxlamışıq. Əvəzedici heyətdən futbolçularımızla da oynayırıq. Sadəcə, moldovalı futbolçularımızla hələ 1 illik müqaviləmiz var. Mövsüm bitəndən sonra danışıqlar stolu arxasına əyləşib, anlaşmaya bir daha baxacağıq. Biz heç bir futbolçu ilə münaqişə ilə ayrılmaq istəmirik. İstəyirik ki, hər şey sivil qaydada həll olunsun”.
Qeyd edək ki, Alekseylə Vadim də Fabio 2008-ci ilin yayında “Bakı”ya transfer olunub.
Mehman SÜLEYMANOV

0
0