Avropanın məşhur futbol komandaları Qəbələyə gəlir
04.05.2012 - 16:52
“Qəbələ” futbol klubu daha bir möhtəşəm layihənin reallaşdırılmasına hazırlaşır. Apasport.az saytının məlumatına görə, mayın 30-da Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında I QƏBƏLƏ KUBOKU adlı beynəlxalq turnir təşkil edəcək.
Məqsəd Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiya olunmaqdan ibarətdir. İyunun 4-dək davam edəcək turnirdə “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenord” (Hollandiya), “Bröndbü” (Danimarka) klubları və Serbiya yığması iştirak edəcək. Azərbaycanı isə “Qarabağ” və “Qəbələ” təmsil edəcək. Komandalar ilkin mərhələdə 2 qrupda mübarizə aparacaqlar.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0