Yığmamızın yarımmüdafiəçisindən 21 oyun
15.05.2012 - 09:55
Yığmamızın yarımmüdafiəçisindən 21 oyun
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyədə ilk mövsümünü başa vurub. Apasport.az saytının məlumatına görə, ötən ilin yayında “Ərciyyəsspor” klubuna transfer olunan 20 yaşlı yarımmüdafiəçi debüt mövsümündə 22 qarşılaşmanın iştirakçısı olub.

Bu matçlardan 21-i Bank Asiya ı Liqasında baş tutub. Cəmi 4 qarşılaşmada matçı əvəzolunmadan keçirən Quluzadə 12 dəfə start heyətində yer alıb. Lakin bunların 8-də əvəzlənib. Daha 9 dəfə isə sonradan meydana daxil olub. Çempionatda 1019 dəqiqə meydanda olan yarımmüdafiəçinin “qazancı” 4 sarı vərəqədir.

Türkiyə kubokundakı yeganə oyununda da start heyətində yer alan həmyerlimiz 64 dəqiqə meydanda olub. Bu isə o deməkdir ki, Amit 22 oyunda 1083 dəqiqə oynayıb.