Uzaq şərq döyüşü
22.05.2012 - 11:04
Azərbaycan millisi sabah növbəti yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, komandamız Şizuoka şəhərində Yaponiya yığmasının qonağı olacaq. Uzaq şərqdəki qarşılaşma “Ekopa” stadionunda Bakı vaxtilə saat 15:15-də başlayacaq.
Bu, millimizin 20 illik tarixində yaponlarla ilk görüşü olacaq. Bununla, yığmamız bu il 4-cü görüşünü də Asiya təmsilçisinə qarşı keçirəcək.
Ancaq təbii ki, fevralda Dubay toplanışındakı rəqiblərlə indiki arasında fərq böyükdür. Yalnız onu qeyd edək ki, FİFA-nın son reytinqində 30-cu olan Yaponiya Asiyanın ən titullu yığmasıdır. 3 ay öncə üzləşdiyimiz Sinqapur, Hindistan və Fələstin yığmaları yaponlarla bir qitədə çıxış etsələr də, güc baxımından aradakı fərq çox böyükdür.
Güclü rəqiblə qarşılaşmaq millimiz üçün daha faydalıdır. Bu mənada düzgün seçim edən komandamız daim son dünya çempionatlarının final mərhələsinin iştirakçısı ilə oyunda nəyə qadir olduğunu görmək imkanı qazanacaq. Yaponiya yığmasının heyətində öz çempionatının oyunçuları çox olsa da, aparıcı futbolçuları Avropada çıxış edirlər. Özü də onlar əsasən Almaniya klublarında oynayır ki, bu mənada Sindzi Kaqavanı xüsusi qeyd etməliyik.
Hazırda ən bahalı yapon futbolçu sayılan 23 yaşlı yarımmüdafiəçi son 2 ildə çempion olduğu Dortmund “Borussiya”sı ilə müqaviləni uzatmayaraq, “Mançester Yunayted”ə (İngiltərə) keçmək fikrindədir. Ən azı 20 milyon avro transfer qiyməti qoyulan Sindzi 2 il öncə Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”la Dortmundda 4:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
Yaponiyaya geniş heyətlə yollanan Foqtsun problemləri də var. Bu da ilk növbədə millimizin kapitanı Rəşad Sadıqovun yoxluğu ilə bağlıdır. “Qarabağ”ın heyətində Kaqavaya qarşı oynayan təcrübəli müdafiəçi zədəli olduğundan, “Gündoğar ölkə”yə yollana bilmədi və Türkiyədə müalicəsini davam etdirir. Almaniyalı çalışdırıcı digər mərkəz müdafiəçisi Vurğun Hüseynovun da xidmətindən zədə üzündən istifadə edə bilməyəcək.
Millimiz Yaponiya ilə oyundan sonra Vətənə qayıtmayaraq, birbaşa Almaniyaya yollanacaq. Bu da Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcəyimizlə bağlıdır. Bunun sonunda, mayın 30-da isə Andorra yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyununu sinqapurlu Əbdül Malik Əbdülbəşirin başçılıq edəcəyi sinqapurlu hakimlər briqadası idarə edəcək. Ona həmyerliləri Cefri Goh Gek Penglə Yeu Mung Tang yardımçı olacaq.
Dördüncü hakim yerli referi Minoru Tojo təyin olunub.

0
0