Millimiz üçün yeni tarix, Ufuk Budak əlamətdar günə hazırlaşır
22.05.2012 - 12:18
Millimiz üçün yeni tarix, Ufuk Budak əlamətdar günə hazırlaşır
Azərbaycan milli komandası sabah Yaponiyada yeni tarix yazacaq. Apasport.az saytının məlumatına görə, milli komandamız 20 illik tarixində ilk dəfə mayın 23-də meydana çıxacaq.

İlk oyunu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstan yığması ilə yoldaşlıq görüşü olan yığmamızın indiyə kimi keçirdiyi 184 matçı heç vaxt həmin günə təsadüf etməyib. Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu millimiz yeni tarixdəki yoldaşlıq görüşündə yubiley qeyd edəcək. Hər halda, 185-ci oyunu yubiley saymalıyıq.

Foqtsun sərəncamındakı futbolçulardan mayın 23-ə ad günü olan futbolçu olmasa da, Ufuk Budak həyatında bu xoş hadisəni düşərgədə qeyd edəcək. Belə ki, “Frayburq”un milliləşdirilən türkiyəli müdafiəçisinin mayın 26-da 22 yaşı tamam olacaq. Yığmamızın həmin vaxt Almaniyanın Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq görüşünə hazırlaşacağı və Ufukun bu ölkədə doğulub, boya başa çatdığını nəzərə alsaq, ad gününü doğma məkanda qeyd etmək imkanına malik olacaq.