“Bavariya”nın futbolçuları penalti vurmaqdan imtina edibmiş
22.05.2012 - 12:45
“Bavariya”nın Çempionlar Liqasının finalında “Çelsi”yə uduzması səbəbsiz olmayıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin 3 futbolçusu oyunsonrası penaltilər seriyasında iştirak etməkdən boyun qaçırıb.
Toni Krosso, Anatoli Timoşuk və əlavə vaxtda penalti vura bilməyən Aryen Robben bu məsuliyyətin altına girməkdən qorxubmuş.
“Bavariya”nın əfsanəsi Paul Braytner oyunçuların hərəkətini kəskin şəkildə tənqid edib: “Bəzi futbolçular penaltilər seriyası öncəsi özlərini pis aparıblar. Mən çox məyusam. Bu, dəhşətli idi. Onların imtinası üzündən meydana yeni girib, hələ özünü oyunda hiss etməyən İvitsa Oliç zərbə vurmalı oldu. Zərbə vurmaq deyil, onları qaytarmalı olan Manuel Noyer də onların ucbatından məsuliyyəti öz üzərinə götürdü. Bu matç, bu penaltilər seriyası ömürlərinin sonuna kimi “Bavariya” futbolçularına rahatlıq verməyəcək”.

0
0