Adamiya: “İnter”lə müqavilə bağlamağa gəlirəm – MÜSAHİBƏ
22.05.2012 - 13:52
“Qarabağ” klubunun sabiq hücumçusu, gürcüstanlı futbolçu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi
- “İnter”ə keçidinizlə bağlı nə yenilik var?
- Bu məsələ artıq həll olunub. Danışıqlar müsbət nəticələndi və keçidi razılaşdırdıq. Yalnız müqavilə bağlamaq qalıb.
- Bunu nə vaxt edəcəksiniz?
- Hazırda Tiflisdə şəxsi işlərimlə məşğulam. Sabah Bakıya müqavilə bağlamağa gələcəyəm.
- Müqavilə neçə illik olacaq?
- 1 illik.
- Niyə 1 il?
- Belə olmasını istədik və 1 illik anlaşmaqla bağlı ortaq məxrəcə gəldik. Müqavilə şərtləri məni qane etdi.
- “Qarabağ”la müqaviləni uzatmadıqdan sonra digər variantları nəzərdən keçirirdiniz?
- Yox. Əsas danışıqlarım “İnter”lə idi. Digər komandalara elə də böyük üstünlük vermirdim.
- Yəqin ki, “İnter”i seçməyinizdə bu komandanın Avroliqada oynamağı və heyətində həmyerlilərinin çox olması da təsir göstərdi...
- Bunların təsiri olduğunu gizlətmirəm. Ümumiyyətlə, artıq uzun müddətdir Azərbaycanda oynadığımdan, mənə çətinlik olmayacaq. Ölkənizə tam uyğunlaşmışam, mentalitetinizə tam bələdəm. Ona görə də yeni komandalar keçəndə, heç vaxt mənə çətin olmur. Bu üzdən “İnter”də problem yaşayacağını düşünmürəm.
- Yeri gəlmişkən, müsbət cavab verməzdən öncə həmyerlilərinizlə, baş məşqçi Kaxaber Sxadadze ilə danışmısınız?
- Tiflisdə həmyerlilərimlə söhbətim oldu. Ancaq Sxadadze ilə görüşə bilmədim. Deyəsən, burada deyil, xaricdədir.
- Təbii ki, Sxadadze ilə keçidlə bağlı danışmısınız...
- Əlbəttə, söhbətimiz olub. O, məni əvvəllər də sərəncamında görmək istəyirdi. Ancaq “İnter”ə keçidim indi alındı.
- Yeni komandada əsas məqsədiniz nə olacaq?
- İmkan daxilində mükafatçılar sırasına düşmək. Təbii ki, çempionluq da öz yerində. “Neftçi” və “Bakı”dan sonra “İnter”lə də çempion olmaq istərdim.
- Bəs Azərbaycan kuboku? Siz bu 7 ildə kubokun finalında oynamamsınız...
- Elədir. Çempion olsam da, hələ də Azərbaycan kubokunun qalibi olmamışam. Bunu da qazanmağı istəyirəm. “İnter”lə hər 2 cəbhədə uğurla çıxış etmək arzusundayam.
- Bunadək isə sizi Avroliqada sınaq gözləyir. “İnter”də həmin vaxt reallaşacaq debütünüzdən nə gözləyirsiniz?
- Təcrübəmin çox olduğu avrokuboklarda yenə iştirak etmək istəyim reallaşacaq. Növbəti ay bu turnirə hazırlıq məqsədilə bir araya gələcəyik. Çalışacağıq ki, Avroliqada uğurla çıxış edərək, mərhələ adlayaq.
Mehman SÜLEYMANOV

0
0