Rəşad Abdullayev “Neftçi”dən uzaqlaşdırıldı
22.05.2012 - 13:54
Azərbaycan çempionu “Neftçi”dən ayrılan futbolçuların sayı artıb. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Denis Silva Kruz və makedoniyalı Slavço Georgiyevskinin ardından daha 4 futbolçu ilə müqavilənin uzadılmamağına qərar verib.
Baş məşqçi Böyükağa Hacıyevin təqdimatına əsasən Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynov, həmçinin braziliyalı Alessandro Viana da Silva ilə başa çatmış müqavilənin müddəti artırılmayıb. Bununla, klubdan kənarlaşdırılanların sayı 6-ya çatıb.
Qeyd edək ki, “Neftçi”dən qovulanların 5-i ardıcıl 2 mövsüm çempion titulunu qazanıbsa, son çempionluqda iştirak edən Fərid ondan əvvəlki mövsüm “Simurq”da icarədə olmuşdu.

0
0