Ən yaxşı ikinci
22.05.2012 - 15:14
Gələn ay Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin startına cəmi 17 gün qalıb. Yarış iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını sonuncu - D qrupu komandaları ilə tanış edir. Bu dəfə növbədə İsveç yığmasıdır.
Skandinaviya təmsilçisi Avro-2012-nin final mərhələsinə ən yaxşı qrup ikincisi kimi vəsiqə qazanıb. Onlar buna son oyundakı qələbə ilə nail olublar. Hollandiya yığmasının da düşdüyü çətin qrupda mübarizə aparan isveçlilər son matçda lideri 3:2 hesabı ilə yenərək, digər qrupların 2-ci yer sahiblərini üstələyib. Bu da ki, onlara pley-offsuz final mərhələsinə yüksəlməsinə imkan verib.
İsveç yığması uzun illər boyu Avropa çempionatının seçmə mərhələ səddini adlamaqda çətinlik çəkib. Skandinaviyalılar ilk dəfə Avro-2000-in final mərhələsini öz oyunu ilə yüksəlib. Bunadək isə onlar meydan sahibi kimi Avro-1992-nin final mərhələsində debüt edib. İlk final mərhələsi uğurlu alınıb və meydan sahibləri yarımfinaladək irəliləyə bilib.
2000-ci ildən başlayaraq isə ardıcıl 4-cü dəfədir qitə çempionatında İsveç də iştirak edir. 12 il əvvəl yarışa Tommi Soderberq və Lars Laqerbak məşqçi cütlüyünün rəhbərliyi altında yollanan yığma turniri elə qrup mərhələsində başa vurdu. 4 il sonra isə tandem komandanı 1/4 finaladək daşıya bildi. Ardınca yığmada Laqerbakin tək fəaliyyəti başladı. 2008-ci ildə onun rəhbərlik etdiyi komanda yenə qrupda qaldı. Məhz həmin yarışdan az sonra onu Erik Hamrin əvəzlədi.
İsveç yığması
FİFA reytinqi: 17
İlk oyun: Norveç 11:3 (12.07.1908, Qotenburq)
Ən böyükhesablı qələbə: Latviya 12:0 (29.05.1927, Stokholm), Cənubi Koreya 12:0 (05.08.1948, London, İngiltərə)
Ən böyükhesablı məğlubiyyət: Böyük Britaniya 1:12 (20.10.1908, London)
Titulu: 1948-ci il Olimpiya çempionu
Baş məşqçi: Erik Hamrin
Avropa çempionatlarında ən yaxşı nəticə: 1992-ci ildə yarımfinalçı
Ən məhsuldar futbolçusu: Sven Rudell - 49 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Zlatan İbrahimoviç – 28 qol
Yığmada ən çox oyun: Tomas Ravelli – 143
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Anders Svensson – 123
İsveç yığması Avropa çempionatlarında:
İsveç yığmasının oyunları:
11.06.2012. Kiyev. 23:45. Ukrayna – İsveç
15.06.2012. Kiyev. 23:45. İsveç – İngiltərə
19.06.2012. Kiyev. 23:45. İsveç – Fransa

| O | Q | H | M | T | |
|---|---|---|---|---|---|
| Final mərhələsi | 14 | 4 | 5 | 5 | 19-16 |
| Seçmə mərhələ | 92 | 48 | 20 | 24 | 155-93 |
| Cəmi | 106 | 52 | 25 | 29 | 174-109 |

0
0