FİFA Kosovanı tanıdı
22.05.2012 - 15:36
FİFA Kosovanı tanıdı
FİFA daha bir ölkənin milli komandasına yoldaşlıq oyunu keçirməyə icazə verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu tam tanınmamış Kosovo yığmasına yoldaşlıq oyunlarında qüvvəsini sınamaq icazəsi verib. İndiyədək yalnız özü kimi FİFA üzvü olmayanlarla oynamaq iqtidarında olan kosovolulara belə imkanın verilməsinin səbəbi açıqlanmır.

Qeyd edək ki, 208 üzvü olan FİFA bu qərarınadək 2008-ci ildə Serbiyadan ayrılan Kosovo yığmaları və klublarını tanımırdı.