Millinin futbolçuları “Şərəf Məcəlləsi”ni imzalayacaq
22.05.2012 - 16:50
Millinin futbolçuları “Şərəf Məcəlləsi”ni imzalayacaq
Sinişa Mihayloviç Serbiya millisinin baş məşqçisi postunda fəaliyyətinə islahatlarla başlayıb. Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçi millinin bütün futbolçularının “Şərəf Məcəlləsi”ni imzalamağı ilə bağlı qərar çıxarıb. Bu razılaşma futbolçuları ictimai yerlərdə olarkən özlərini müvafiq etik standartlarla aparmağa məcbur edəcək.

Mihayloviç qərarının düzgün olduğunu hesab edir: “Mən karyeramda həm meydanda, həm də ondan kənarda səhvlər etmişəm. Bu hərəkətlər gənc insanlar üçün pis nümunə olurdu. Biz buna yol verməməliyik”.