“Qarabağ”ın əvəzolunmazı yığmaya lazım olmadı
23.05.2012 - 08:55
“Qarabağ”ın əvəzolunmazı yığmaya lazım olmadı
Heyətində Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular olan Albaniya milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Canni di Biazinin yetirmələri İspaniya paytaxtı Madriddə Qətər yığması ilə qarşılaşıb. Albaniyalılar bu matçda 2:1 hesabı ilə qalib gəliblər. AZAL-ın yarımmüdafiəçisi Ervin Bullkunun start heyətində çıxdığı görüşdə “Qarabağ”ın üzvü Ansi Aqolli sonradan meydana çıxıb. Onun klubdakı komanda yoldaşı, Premyer Liqamızın əvəzolunmazı Admir Teli isə bu qarşılaşmada iştirak etməyib.