Made in Japan - YENİLƏNİB
23.05.2012 - 16:06
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Yaponiya yığması ilə qarşılaşıb.
Şizuoka şəhərində baş tutan səfər matçı millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Ekopa” stadionundakı qarşılaşmanın hər hissəsində 1 qol vuran asiyalılar millimizi ardıcıl 2-ci məğlubiyyətlə barışdırıb.
Belə ki, fevralın 29-da Fələstinlə Dubaydakı görüşdə 0:2 hesabı ilə uduzan yığmamız yenə Asiyada, yenə bu qitə təmsilçisinə və yenə eyni hesabla uduzdu.
Ümumilikdə isə 2012-ci ildə 4-cü yoxlama oyununu keçirən millimiz bütün matçlarını bu qitədə oynayıb və asiyalılarla görüşlərdə 1 qələbə, 1 heç-heçə etməklə yanaşı, 2 dəfə yenilib.
YAPONİYA - AZƏRBAYCAN - 2:0
QOLLAR: Kaqava, 42; Okazaki, 58
Baş hakim: Əbdül Malik Əbdülbəşir (Sinqapur)
Baş hakimin köməkçiləri: Cefri Goh Gek Peng, Yeu Mung Tang (hər ikisi – Sinqapur)
Dördüncü hakim: Minoru Tojo (Yaponiya)
Hakim-inspektor: Keyt Hill (İngiltərə)
Şizuoka. “Ekopa” stadionu
YAPONİYA: Eiji Kavaşima, Atsuto Uçida, Yuto Naqatomo, Masaki İnoha, Yuzo Kurihara, Makoto Hasebe, Hajime Hosoqai, Şinji Okazaki, Keysuke Honda, Şinji Kaqava, Takayuki Morimoto
AZƏRBAYCAN: Kamran Ağayev, Aqil Nəbiyev, Mahir Şükürov, Elnur Allahverdiyev, Cihan Özkara, Aleksandr Çertoqanov, Rauf Əliyev, Ruslan Abışov, Maksim Medvedev, Ufuk Budak, Əli Gökdəmir
Komandalar artıq meydana çıxıb.
Hər iki ölkənin dövlət himni səslənir.
Hakimin start fiti. Oyuna meydan sahibləri başlayır.
Yaponlar ilk dəqiqələrdən hücuma atılır.
Kaqavanın yaxın məsafədən zərbəsi qeyri-dəqiq alındı.
Cihan Özkaraya qarşı kobud oynayırlar.
Çertoqanovun uzaqdan zərbəsi qapının üstündən keçdi.
Raufu yıxdığı üçün hakim İmonaya şifahi xəbərdarlıq edir.
Yaponlar 17-ci dəqiqədə hesabı açırlar. Amma hakim oyundankənar vəziyyət qeydə alır.
Kaqavanın zərbəsi təhlükəli alındı.
Yaponlar künc zərbəsi vuracaq.
Meydan sahibləri hesabı açmağa yaxın idi. İnovanın zərbəsi dəqiq olmadı.
Ağayev Xondanın uzaq məsafədən cərimə zərbəsini çətinliklə qapı xəttindən çıxarır.
Yaponlar daha bir şansı boşa verirlər. Okazakinin zərbəsi qapının üstündən keçdi.
Hesab açılır. 42-ci dəqiqədə Kaqava fərqlənir.
Millimizin ilk təhlükəli hücumundan sonra hesab dəyişə bilərdi. Ufuk sağ cinahdan qapı qarşısına ötürülən topa zərbə vursa da, qapıçı topu kornerə çıxardı.
Komandalar failəyə yollanır.
İkinci hissə başladı.
Millimiz ikinci yarıya hücumla başlayır. Cihan qapıçı ilə təkbətək qalsa da, topa dəqiq zərbə vura bilmir.
Yığmamız cərimə zərbəsi vurur. Gökdəmirin zərbəsi olduqca qeyri-dəqiqdi.
Bu da ikinci qol. Yaponlar fərqi artırır. Okazakinin başla zərbəsindən sonra Aqilin sinəsinə dəyən top qapıdan keçir.
kaqava Miaçi ilə əvəzləndi.
Qapımız qarşısında növbəti təhlükəli vəziyyət. Okazakinin başla zərbəsini Kamran dəf edir.
Zədəli Maksim Medvedev yerini vüqar Nadirova verir.
Foqts daha bir əvəzetməyə əl atır. O, Abuşovun yerinə meydana Rahid Əmirquliyevi buraxır.
Kamran Miaçinin zərbəsini çətonliklə qaytarır.
Xondanın yerinə meydana Nakamura çıxır.
Branimir Subaşiç də döyüşə atılır. O, Rauf Əliyevi əvəzlədi.
Millimizin bəxti gətirmir. Mahirin qapı qarşısına ötürməsi tirdən qayıdır.
Kamran ikinci cəhddə nakamuranın qüvvətli zərbəsini tuta bilir.
Hakim əsas vaxta 3 dəqiqə əlavə edir.
Oyun başa çatdı.

0
0