Alberto Zakkeroni: Düzgün yanaşma gözləyirəm
23.05.2012 - 09:24
Alberto Zakkeroni: Düzgün yanaşma gözləyirəm
“Azərbaycanla oyun 2014-cü il dünya çempionatının seçmə matçları ərəfəsində yeganə beynəlxalq görüşdür. Bu həm mənim, həm də futbolçularım üçün bir şansdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni deyib.

İtaliyalı mütəxəssis millimizlə keçiriləcək yoxlama oyunu ərəfəsində baş tutan mətbuat konfransında fikirlərini açıqlayıb: “Futbolçuların hansı durumda olacağını görəcəyəm, Avropada oynayan legionerlərimiz isə yığmanın ab-havasını hiss edəcək. Futbolçular mənim tapşırıqlarımı yaxşı dərk ediblər. Bunların oyunda tətbiqini görmək istəyirəm. Onların ifasında oyuna və tapşırıqlara düzgün yanaşma görəcəyimi gözləyirəm”.

Qeyd edək ki, bu gün keçiriləcək Yaponiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.