“Yokohama Marinos”un futbolçusu millimizə qarşı oynamayacaq
23.05.2012 - 10:42
Yaponiya millisi yığmamızla bugünkü yoldaşlıq görüşü öncəsi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibin müdafiəçisi Yuzo Kurihara son məşqdə zədələnib.
Bununla da italiyalı baş məşqçi Alberto Zakkeroni Yaponiyanın “Yokohama Marinos” klubunda oynayan futbolçunun xidmətindən məhrum olub.
Qeyd edək ki, Zakkeroni millimizlə oyuna 23 futbolçu çağırıb. Bunlardan əksəri – 13-ü yerli çempionatda, 10-u Avropada çıxış edənlərdir.

0
0