“Nəyə qadir olduğumu Azərbaycanla oyunda da göstərməliyəm”
23.05.2012 - 10:50
“Azərbaycan yığması ilə oyunda ilk növbədə qələbə istəyirəm. Bu nəticə mənim milliyə dəvətimin düşərli olması haqda fikir yaradacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri yaponiyalı futbolçu Rio Miyaiçi deyib.
İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi icarə əsasında oynadığı “Bolton”da özü haqda yaxşı fikir yaradıb.
Rio Azərbaycan yığması ilə bu gün keçiriləcək yoxlama oyununda da özünü doğruldacağını bildirib: “Şansımdan maksimum yararlanmaq niyyətindəyəm. Nəyə qadir olduğumu Azərbaycanla oyunda da göstərməliyəm. Həm də komandamın qələbəsində pay sahibi olmalıyam. Düşünürəm ki, bu oyundakı çıxışımla baş məşqçi Alberto Zakkeronidə özüm haqda müsbət fikir formalaşdıra biləcəyəm. Necə ki, bunu İngiltərə “Bolton”unun baş məşqçisi Ouen Koylda yaratmışam”.

0
0