Türkiyə Superkuboku Bakıda!?
23.05.2012 - 11:07
Türkiyə Futbol Federasiyası “Qalatasaray” və “Fənərbaxça” arasında Superkubok matçının Bakıda keçirilməsini təklif edib. Apasport.az saytının Türkiyə mediasına istinadən məlumata görə, təklifə “Fənərbaxça”dan müsbət reaksiya gəlib.
“Sarı-lacivərdlilər” Azərbaycan paytaxtını uğurlu şəhər kimi dəyərləndiriblər. “Sarı-qırmızılar” da bu varianta mənfi yanaşmayıblar. Bu səbəbdən, Superkubok matçının böyük ehtimalla Bakıda olacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” Superliqanın, “Fənərbaxça” isə kubokun qalibi olub.

0
0