Zeynal Məmmədov: Onun “Bakı”ya transferi baş tutmayacaq
23.05.2012 - 12:08
“Hələlik klubdaxili iclas baş tutmayıb”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Avroliqada mübarizə aparacaq paytaxt təmsilçisi baş məşqçi və heyətlə bağlı bir sıra açıq məsələlərə aydınlıq gətirməlidir.
O bildirib ki, komandanın prezidenti Hafiz Məmmədovun da qatılacağı toplantı yaxın zamanlarda baş tutacaq: “Bəzi “axsayan” mövqelər var ki, onları gücləndirmək lazımdır. Həmin mövqelərə yeni futbolçuların alınması nəzərdə tutulub. Baş məşqçi, heyət, transferlərlə bağlı məsələləri müzakirə etdikdən sonra məlumat verəcəyik. Bizdə müqaviləsi bitən futbolçular var. Ancaq hələlik kimisə yola salmamışıq. Bütün bu məsələlərə iclasda aydınlıq gələcək”.
Vitse-prezident yunanıstanlı futbolçu Leonidas Kivelidisin “Bakı”ya keçəcəyi ilə bağlı yayılan informasiyaya da münasibət bildirib.
Belə ki, hücumçunun şərəfini qoruduğu “Doksa Drama” Superliqada yerini itirib. Bu səbəbdən futbolçu komandasıyla yeni müqavilə imzalamaqdan boyun qaçırıb və karyerasını ölkəmizdə davam etdirmək istədiyi bildirib: “Yunan futbolçunu transferi ilə bağlı yazılanlar boş söhbətdir”.
Qeyd edək ki, “Bakı” avroliqada mübarizəyə “Xəzər Lənkəran” və “İnter” kimi I təsnifat mərhələsindən başlayacaq.
Mehman SÜLEYMANOV

0
0