185 oyun, 178-ci futbolçu, 30-cu legioner
23.05.2012 - 14:15
Azərbaycan yığmasında forma geyinən futbolçuların sayı 178-ə çatıb. Apasport.az saytının məlumatına görə, 20 illik tarixində 185-ci matçını keçirən millimizdə daha 1 futbolçu debüt edib.
Şizuoka şəhərində Yaponiya ilə yoldaşlıq matçının start heyətində yer alan Əli Gökdəmirə qədər 177 futbolçu yığmanın rəsmi görüşlərində meydana çıxmışdı. Milliləşən türkiyəli legioner bu siyahıya 178-ci kimi daxil oldu.
O, baş məşqçi Berti Foqtsun 2012-ci ildə debüt şansı verdiyi 8-ci oyunçudur. Bunadək Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayev Sinqapurla fevralın 24-də, Bədavi Hüseynov, Hacı Əhmədov, Arif Daşdəmirov Hindistanla fevralın 27-də, Cihan Özkara isə Fələstinlə fevralın 29-da baş tutmuş qarşılaşmada meydana çıxmışdı.
Gökdəmir həm də yığma tarixində 30-cu milliləşən futbolçu oldu. Bunadək yığmamızda 9 ölkədən 29 əcnəbi forma geymişdi.

0
0