“Karlsrue” Premyer Liqamıza uyğun komandadır
23.05.2012 - 16:29
Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Uğur Pamuk Premyer Liqanın səviyyəsi haqda maraqlı fikir bildirib. O, çempionatımızın Almaniyanın II Bundesliqasının aşağı yarısı ilə müqayisə oluna biləcəyini açıqlayıb. Apasport.az saytı milliləşən legionerin klublarımız və çempionatımızla müqayisə etmək istədiyi komandaların siyahısına aydınlıq gətirib.
Belə ki, türk əsilli almaniyalı futbolçunun adını çəkdiyi II Bundesliqada 18 klub mübarizə aparır. Pamuk onların ikinci yarısından danışmaqla, mövsümü 10-18-ci yerlərdə başa vuran komandalardan danışır.
Həmin aşağı “9-luq”da isə Avropada az-çox tanınan komandalar da var. “Karlsrue”, “Bohum”, “Duysburq”, “Hanza” avrokuboklarda da kifayət qədər oynayıblar. Özü də heç də təmsilçilərimizdən zəif çıxış etməyiblər. Bu 4 klubdan başqa “Enerji”, “İnqolştadt”, “Auqsburq”, “Aaxen”, “Frankfurt” da kifayət qədər tarixə malikdir.

0
0