Berti Foqtsun qara yubileyi
23.05.2012 - 16:33
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi postunda yubiley məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, bu gün səfərdə Yaponiyaya yoldaşlıq görüşündə 0:2 hesabı ilə uduzan 66 yaşlı almaniyalı çalışdırıcı bununla 25-ci məğlubiyyətini gördü. Bu, millimizin 20 illik tarixində ilk dəfə görüşdüyü rəqiblə matçda oldu.
2008-ci ilin aprelindən millimizin “sükanı arxası”nda olan Foqts 46 matç keçirib. O, bunların 10-da qalib gəlib, 11-də heç-heçə edib. Topların fərqi 37-79 rəqiblərin xeyrinədir.
Millimiz bu il hər 4 oyununu Asiyada bu qitənin təmsilçiləri ilə keçirib. Fevralda Dubay toplanışında Sinqapurla 2:2 hesablı bərabərliyə qalan Foqtsun komandası ardından Hindistana böyük hesabla qalib gəldi – 3:0. Sonuncu matçda isə Fələstinə 0:2 məğlubiyyət qeydə alındı. Göründüyü kimi, yığmamızın ardıcıl 2-ci dəfə məğlubiyyəti də eyni hesabla oldu.
Yaponiyadakı matçla Asiya səfərini başa vuran komandamız Avropaya qayıdır. Belə ki, Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışı mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü ilə yekunlaşacaq.

0
0