Sindzi Kaqava bizi eyni vaxtda cəzalandırır
23.05.2012 - 17:04
Yaponiya millisinin futbolçusu Sindzi Kaqava Azərbaycana 3-cü qolunu vurdu. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi çıxış etdiyi Dortmund “Borussiya”sının heyətində 2 il öncə Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”ın, bu gün isə yığmada yoldaşlıq görüşündə millimizin qapısına yol tapdı.
Özü də ağdamlılara avqustun 19-da Dortmundda 4:0 hesabı ilə qalib gəldikləri oyunda Kaqava ilk 2 qolu vurmaqla dubl etmişdi.
Onun bizimlə fərqləndiyi matçlar müxtəlif xarakterli olsa da, qollarında oxşarlıqlar var. Əvvəla, Sindzi hər 2 oyunda hesabı açan futbolçu olur və komandasının qələbəsinin təməlini qoyur.
Ən maraqlısı odur ki, yapon futbolçu həm “Qarabağ”a, həm də millimizə eyni vaxtda - 42-ci dəqiqədə qol vurub. Yəni bizimlə oyunlarda bu dəqiqə Kaqava üçün düşərli olur. Fərq ondadır ki, o, indi Kamran Ağayev, 2 il öncə isə millimizin sabiq qapıçısı olan “Qarabağ”ın kapitanı Fərhad Vəliyevə məyus etmişdi.
Yaponların 2:0 hesabı ilə qalib gəldiyi oyunda 2-ci qolun müəllifi də Sindzi adlı futbolçu oldu. Bu da Almaniya Bundesliqada çıxış edən hücumçu – Okazaki idi. “Ştutqart”ın legionerinin zərbəsindən sonra top müdafiəçimiz Aqil Nəbiyevin sinəsinə dəyərək, qapıya daxil oldu.

0
0