Alberto Zakkeroni: Rəqibin heyətində ucaboy futbolçuların çoxluğu işimizi çətinə saldı
23.05.2012 - 17:27
Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni millimizlə keçirilən yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, italiyalı müətəxəssis qarşılaşmaya ciddi önəm verdiklərini söyləyib: “Bu oyuna son dərəcə ciddi önəm verirdik. Çünki Asiya ilə müqayisədə, Avropada daha sürətli futbol oynayırlar. Rəqibin heyətində ucaboy futbolçuların çoxluğu işimizi bir qədər çətinə salsa da, komanda tapşırıqlarımı yerinə yetirə bildi. Ümid edirəm ki, bu qələbə sayəsində əhval-ruhiyyəmiz artacaq və bu, növbəti oyunlara müsbət təsir göstərəcək. Dəvətimizi qəbul etdiyinə görə Azərbaycan millisinə minnətdarlığımı bildirir və qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
0
0