Kaqava: Daha çox qol vurardıq
23.05.2012 - 17:36
“Hesabın açılması üçün hər şey hazır idi. Bir sözlə, qol yetişmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya millisinin futbolçusu Sindzi Kaqava deyib.
Azərbaycan yığması ilə bu gün keçirilən yoxlama oyununda (2:0) hesabı açan Almaniya “Borussiya”sının ulduzu 42-ci dəqiqədəki qolu və matç haqda fikirlərini açıqlayıb. Dortmund təmsilçisinin hücumçusu hesabın daha böyük olmamasından narazı qalıb: “Oyun ərzində çoxlu qol imkanlarımız oldu. Lakin belə aşkar imkanlardan yararlana bilmədik. Yoxsa ki, daha çox qol vurardıq”.

0
0