“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasında
23.05.2012 - 17:49
“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasında
Mayın 24-dən 28-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov hazırlıqlara cəlb edəcəyi futbolçuların siyahısını açıqlayıb.

O, toplanışa 25 futbolçu çağırıb ki, bunların 8-i ölkə xaricində oynayanlardır.

Umumilikdə, milliyə cəlb edilən futbolçular bunlardır: Ülvi İbazadə, Mənsur Nəhavəndi, Ağaseyid Qasımov (hamısı “İnter”), Əli Həsənli, İbrahim Aslanlı, Ehtiram Şahverdiyev (hamısı “Qəbələ”), Nicat Abbasov (“Qarabağ”), Fəhmin Muradbəyli, Pərviz Qaraxanov, Ravil Məhəmmədov (hamısı “Neftçi”), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkəran”), Təyyar Məmmədov, Əfsər Məmmədov, Mahir Mədətov, Vüqar Namazəliyev (hamısı “Bakı”), Budaq Nəsirov (“Turan”), Doğukan Karabağlı, Batıkan Karabağlı (hər ikisi “Kartalspor”, Türkiyə), Cem Fələk, Müslüm Zarasiz (hər ikisi “Ayntraxt”, Frankfurt, Almaniya), Dəmir Sərcan (FSV “Frankfurt, Almaniya), Əmrə Hanilce (“Kayzerslautern”, Almaniya), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə), Qaziməhəmməd Qurbanov (“Anji”, Rusiya).