Millimiz “Ayntraxt”ı məğlub etdi
23.05.2012 - 20:44
Almaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib. Apasport.az saytının xəbərinə görə, millimiz “Ayntraxt” (Frankfurt) klubunun U-23 komandası ilə yoldaşlıq oyunu keçirib. Eşqin Quliyev və Abdulla Abatsiyevin vurduğu qollar sayəsində komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
0
0