Berti Foqts futbolçulardan narazı qaldı
24.05.2012 - 08:32
Berti Foqts futbolçulardan narazı qaldı
“Yaponiya ilə yoxlama oyununda milli komandanın futbolçularının durumundan narazı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Yaponiya ilə mayın 23-də keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib. Foqts 0:2 hesablı məğlubiyyətdə yetirmələrinin də günahı olduğunu düşünür: “Futbolçuların yığmaya məşq keçməmiş gəlməsi məni məyus etdi. Onlar mövsüm başa çatandan yığmanın toplanışına qədər olan vaxtda hazırlıq keçməyiblər. Lakin buna baxmayaraq, Yaponiya yığmasına layiqli sınaqçı-rəqib olduğumuzu düşünürəm. Bu komandanı isə Asiyanın ən yaxşısı sayıram”.