Skarlatake “Dinamo”ya kubok qazandırıb, “Xəzər Lənkəran”a gəlir
24.05.2012 - 08:44
Skarlatake “Dinamo”ya kubok qazandırıb, “Xəzər Lənkəran”a gəlir
“Xəzər Lənkəran”ın heyətinə qaytardığı rumıniyalı futbolçu Manuel Skarlatake Rumıniya kubokunun finalının qəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, “Dinamo”nun mərkəz müdafiəçisi “Rapid”lə Buxarestdə keçirilən final oyununun 58-ci dəqiqəsində fərqlənərək, yeganə qolun müəllifi olub. Manuel komandanın heyətində keçirdiyi son matçda uğurlu oyun nümayiş etdirərək, titulla ayrılıb. Bununla da çempionatı 5-ci yerdə bitirən “Dinamo” Avroliqaya vəsiqə qazanıb və “Xəzər Lənkəran” da həmin turnirə çıxdığından, potensial rəqibdirlər. Yəni lənkəranlılar mərhələ adlayarsa, Manuel Buxarest klubu ilə bu dəfə rəqib kimi üzləşəcək.

Qeyd edək ki, Skarlatake bir müddət öncə müqavilə bağladığı “Xəzər Lənkəran”ın heyətinə iyunda Avstriyadakı təlim-məşq toplanışında qatılacaq.