Mişel Platini Elxan Məmmədovla görüşdü
24.05.2012 - 09:02
Mişel Platini Elxan Məmmədovla görüşdü
UEFA prezidenti Mişel Platini Macarıstanın paytaxtı Budapeştdə başçılıq etdiyi qurumuna üzv olan 53 milli assosiasiyanın nümayəndələri ilə iclas keçirib. Apasport.az saytının məlumatına görə, toplantıda ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edib. Platini FİFA-nın Budapeştdə bu gün işinə başlayacaq 62-ci Konqresi öncəsi milli assosiasiyanın nümayəndələri ilə görüşüb, ümumi məsələləri müzakirə edib.

Bundan sonra UEFA prezidenti baş katib Canni İnfantino ilə birgə KONKAKAF-ın yeni prezidentinin seçildiyi Konqresinə baş çəkib. 40 milli assosiasiyanın daxil olduğu bu quruma rəhbərlik edəcək Ceffri Uebb onun 51 illik tarixində 4-cü prezidenti olub.