Milli komandamızın “zəif bənd”ləri: 3 futbolçu 5,5 aldı
24.05.2012 - 09:21
Azərbaycan milli komandasının futbolçularının Yaponiya yığması ilə keçirdiyi yoxlama görüşündə göstərdiyi oyuna görə aldığı qiymətlər məlum olub. Apasport.az saytının məlumatına görə, dünyanın məşhur goal.com portalı oyun iştirakçılarını dəyərləndirib. Əcnəbi həmkarlarımız futbolçularımız 3 qrupa bölüb, onlara 4,5-5,5 xalla qiymətləndiriblər.
Aleksandr Çertoqanov, Əli Gökdəmir və Rauf Əliyev millinin digər üzvlərindən yaxşı təsir bağışlayıblar. Bu üzdən onların hər birinə 5,5 xal verilib.
Kamran Ağayev, Ruslan Abışov, Elnur Allahverdiyev, Mahir Şükürov, Ufuk Budak və Cihan Özkaranın oyunu isə orta səviyyədə olub. Obların hər biri isə 5,0-a layiq görülüb.
Maksim Medvedev və Aqil Nəbiyev isə yığmamızın ən “zəif bənd”ləri olub. Onların hər ikisinə cəmi 4,5 xal verilib. Özü də goal.com saytı 2-ci qolu məhz Aqilin öz qapımıza vurduğunu hesab edir. Şinji Okazakinin zərbəsindən sonra Nəbiyevin sinəsinə dəyib qapıdan keçən top digər mənbələrdən fərqli bu saytda avtoqol kimi hesaba alınıb.
Yığmamızın sonradan meydana çıxan futbolçuları isə qiymət almayıblar. Yaponiya yığması üzvləri ən aşağı 5,5, ən yuxarı isə 7,0-yə layiq görülüb. Şinji Kaqava və Makoto Hasebe matçın 2 ən yaxşısı kimi 7,0 alan futbolçular olub.

0
0