“Azərbaycanla oyunda həyəcanlanırdım”
24.05.2012 - 09:39
“Azərbaycan yığması ilə qarşılaşmada bir az həyəcanlanırdım. Bu da debüt oyunum olması ilə bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya milli komandasının futbolçusu Rio Miyaiçi deyib.
İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi icarə əsasında oynadığı “Bolton”da, ondan əvvəl icarəyə verildiyi Hollandiya “Feyenoord”unda da uğurlu çıxış edir. Bunun nəticəsi olaraq milliyə cəlb olunan 20 yaşlı yarımmüdafiəçi Azərbaycan yığması ilə mayın 23-dəki yoldaşlıq oyunu (2:0) haqda fikirlərini açıqlayıb: “Millidə ilk matçımı keçirdiyim üçün çox sevinirəm. Qarşıdakı seçmə oyunları bu matçdan da çətin olacaq. Həm İngiltərənin “Bolton”, həm də Hollandiyanın “Feyenoord” klubunda ilk qolumu 2-ci oyunumda vurmuşam. Azərbaycanla oyun isə ilk matçım idi. Deməli, qol vurmaq vaxtı növbəti oyundadır”.

0
0