“Apasport” və Lent.az-dan mövsümdə 3-cü het-trik
24.05.2012 - 10:39
 “Apasport” və Lent.az-dan mövsümdə 3-cü het-trik
Bu gün Unibank Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Uniplazada təşkil olunacaq tədbir saat 12:00-da başlanacaq.

Jurnalistlər, klubların baş məşqçiləri və kapitanları arasında keçirilmiş sorğu nəticəsində “Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis aprelin, “Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim mayın ən yaxşısı sayılıb.

Ayın futbolçularına Peşəkar Futbol Liqasının qiymətli hədiyyəsi, çempionatın baş sponsoru olan Unibankdan isə 1111 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, yalnız Lent.az və apasport.az saytları bu mövsüm keçirilən bütün sorğularda ayın futbolçusunu düzgün müəyyənləşdirib.

Beləliklə, 9 ayı əhatə edən müddətdə bu iki sayt 3 dəfə “het-trik” edib.