Berti Foqts üçün xüsusi hesab: “0:2”lərin sayı 7-yə çatdı
24.05.2012 - 11:10
Azərbaycan millisinin Yaponiyaya yoldaşlıq görüşündə uduzduğu 0:2 hesabı baş məşqçisi Berti Foqts üçün xüsusidir. Apasport.az saytının məlumatına görə, bu, 66 yaşlı almaniyalı mütəxəssisin 4 ildir çalışdırdığı komandamızda ən çox uduzduğu hesablardandır.
İndiyədək 7 dəfə “0:2” qeydə alınıb. Millimiz Yaponiyaya qədər Rusiya, Türkiyə, Almaniya, Çernoqoriya, Macarıstan və Fələstinə bu hesabla uduzub. Foqtsun digər 7 məğlubiyyəti isə 0:1 hesabı ilə olub. O, Yaponiya ilə matçda yubiley – 25-ci məğlubiyyətini aldı.
Əslində, bu hesabı Foqts üçün sevimli də saymaq olar. Təsadüfi deyil ki, onun 46 matça çıxardığı yığmamızın 10 qələbəsi daha çox 2 hesabla olub. Bunlar 2:0 və 2:1 hesablarıdır. Almaniyalı çalışdırıcı hərəyə 3 dəfə bu hesablı qələbələrə sevinib. Qalan 4 hesabdan 2-si 1:0, hərəyə 1 dəfə 3:2 və 3:0 olub.
Millimiz 2:0 Lixtenşteyni, Çexiyanı və İordaniyanı məğlub edib. Bunlardan birincisi rəsmi oyunda, qalan 2-si yoldaşlıq görüşlərində olub.

0
0