Mirça Rednik son ölkə çempionunu çalışdıra bilər
24.05.2012 - 11:36
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yenidən iş yerini dəyişir. Apasport.az saytının məlumatına görə, 50 yaşlı rumıniyalı mütəxəssis ötən mövsümün gedişində “sükanı arxası”na keçdiyi “Astra” klubunda fəaliyyətini davam etdirməyəcəyini açıqlayıb.
Bu ilin martın 29-da komandanın baş məşqçisi postunda portuqaliyalı həmkarı Antonio Konseisaonu əvəzləyən Rednik iddialı klubda işləmək arzusundadır. Onun sözlərinə görə, vətənində qalacaq və yeni komandasının adını bu günlərdə açıqlayacaq: “Mən Rumıniya komandası ilə yenə titul qazanmaq istəyirəm. Mövsümün sonunda “Astra”nı seçdiyim üçün təəssüflənmirəm. Bizim müqaviləmiz çempionatın sonuna kimi idi. Klubun rəhbərliyinə getmək istədiyimi bildirdim”.
Onun son Rumıniya çempionu olan ÇFR-in baş məşqçisi olacağı bildirilir. Bu da onların çalışdırıcısının İoan Andonenin Birləşmiş Ərəb Əmirliklərindən aldığı cəlbedici təklifə görə getməsinin mümkünlüyü ilə bağlıdır.
Qeyd edək ki, “Astra” çempionatı 12-ci yerdə bitirib.

0
0