Sevindirdiyimiz 44-cü ölkə
24.05.2012 - 13:59
Sevindirdiyimiz  44-cü ölkə
Azərbaycan millisi tarixində ilk dəfə qarşılaşdığı Yaponiyaya 0:2 hesabı ilə uduzdu. Apasport.az saytının məlumatına görə, “Gündoğar ölkə” təmsilçisi də yığmamızı məğlub edən komandalar siyahısına düşdü.

Bu matçadək 60 yığma ilə qarşılaşan komandamız yalnız 17 rəqibinə uduzmamışdı. Bir sözlə, 43 yığma komandamız üzərində ən azı 1 dəfə qələbə sevinci yaşamışdı.

61-ci rəqibimiz kimi tarixə düşən Yaponiya elə ilk cəhddən qalib gəlməklə, belə sevinc yaşayan 44-cü komanda oldu.

Yığmamızı məğlub edənlər siyahısına isə Finlandiya başçılıq edir. Skandinaviyalılar futbolçularımızı 7 dəfə meydanı başıaşağı tərk etməyə vadar ediblər.

1Finlandiya 7
2-6Türkiyə, Slovakiya, Polşa, Uels, Macarıstan 5
7-9Makedoniya, Rumıniya, Almaniya 4
10-16Moldova, Albaniya, Avstriya, Portuqaliya, İsrail, Malta, Belçika 3
17-30Özbəkistan, Qazaxıstan, Estoniya, Gürcüstan, Serbiya, İran, Bolqarıstan, Fransa, Norveç, İngiltərə, İsveç, İtaliya, Oman, Trinidad və Tobaqo2
31-44Lixtenşteyn, İsveçrə, Litva, Türkmənistan, Şimali İrlandiya, Ukrayna, Rusiya, Bosniya və Hersoqovina, Səudiyyə Ərəbistanı, İspaniya, İraq, Çernoqoriya, Fələstin, Yaponiya1