Potensial rəqibi “Neftçi”yə məktub yazdı
24.05.2012 - 14:14
Cari mövsümdə Polşa çempionu olan Vrotslavın “Slask” klubu “Neftçi” məktub göndərib. Apasport.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, klubun prezidenti Pyotr Vasnievskinin imzası ilə göndərilən məktubda Bakı təmsilçisinə minnətdarlıq edilib.
Polşalılar “Neftçi” ilə avrokubokda nüfuzlu bir oyun keçirməyi ümid etdiklərini bildiriblər: “Çempionluq münasibətilə “Slask” Vrotslav klubuna göndərdiyiniz təbrik məktubuna görə minnətdarlığımızı bildiririk. Avrokuboklarda klubunuzla nüfuzlu bir oyun keçirməyi ümid edirik”.
Xatırladaq ki, Polşanın “Slask” “Neftçi”nin Çempionlar Liqasındakı potensial rəqibləri sırasındadır.

0
0