GFF: Azərbaycanın bizə qoşulması ümidlərimizi artırır
25.05.2012 - 11:33
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava AVRO-2020-nin Azərbaycanla birgə təşkilinə namizədliklərini verəcəklərini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, GFF rəhbəri bildirib ki, Azərbaycan artıq UEFA-ya rəsmi müraciət edən Gürcüstana qoşulub: “Artıq bu barədə razılıq əldə olunub. UEFA-ya mayın 15-də verdiyimiz sifariş qüvvədə qalır. Azərbaycan isə həmin müraciətdə bizə qoşulur”.
Siçinavanın sözlərinə görə, ölkə rəhbərliyi də AVRO-2020-nin Gürcüstanda keçirilməsində maraqlıdır və infrastrukturun inkişaf etdirilməsinə hazırdır: “Bu bizim qərarımızdır və yalnız müsbət qiymətləndirilə bilər. Çünki atılan hər addım ölkədə futbolun inkişafına xidmət edir. Azərbaycanın da bu layihəyə qoşulması isə bizim də ümidlərimizi artırır”.

0
0