Zeynal Məmmədov: Ürəyi varsa, qalsın
25.05.2012 - 23:02
“Bakı”nın baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Razılaşarsız ki, transfer dövründə diqqət mərkəzində olan klublardan biri də “Bakı”dır. Çünki komandanız hər zaman transfer bazarının fəallarından olub. Bu sahədə indi hansı yeniliklər var? Xüsusilə, Rəşad Abdullayevin sizin kluba keçidi gündəmdədirmi?
- Rəşad yaxşı oyunçudur. Ancaq onunla danışıq aparmamışıq. Mən bu futbolçu ilə görüşməmişəm. Hələ iclas olacaq. Baş məşqçi məsələsinə də həmin toplantı zamanı aydınlıq gətiriləcək. Bundan sonra hansısa futbolçu ilə danışıq aparmaq olar. Yenə deyirəm, Abdullayev həqiqətən də yaxşı futbolçudur. Komandamızda oynaya bilər və buna gücü çatar. Baş məşqçi postunda ya Novruz Əzimov qalcaq, ya da baş mütəxəssis gətiriləcək. Əgər o istəsə, futbolçu ilə danışıq apara bilərik.
- Klubdaxili iclasın baş tutmasının gecikmə səbəbi nə ilə bağlıdır?
- Hafiz müəllimin qonaqları var. Buna görə də başı qarışıqdır. Düşünürəm ki, bu həftə olmasa da, gələn həftə mütləq toplantı keçiriləcək və bütün suallara aydınlıq gətiriləcək.
- Avropa Liqasında çıxış edəcəksiz. Bu baxımdan hələ baş məşqçi məsələsinə aydınlıq gətirilməmsi sonra kluba üçün problem yaratmayacaq?
- Gecikmə olmayacaq. Axsayan mövqelərimizi gücləndirmək üçün futbolçularla danışıq aparmışıq. Sadəcə Hafiz müəllimin baş məşqçini təsdiqləməsi kifayətdir ki, həmin futbolçuları komandaya cəlb edək. Təbii ki, bunun üçün baş məşqçinin razılığı gərəkir. Həmin oyunçuların seçimində Novruz Əzimovda iştirak edib. Adlar açıqlananda seçimin pis olmadığını özünüz də görəcəksiz.
- Namizədlər arasında yerli oyunçular varmı?
- Yerli futbolçulardan hələ ki Ramazan Abbasovla müqavilə imzalamışıq. “Bakı”nın zəif mövqelərini gücləndirə biləcək yerli futbolçu tapsaq, onu komandaya cəlb edəcəyik. Əks təqdirdə üstünlüyü legionerlərə verəcəyik. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Heyətə cəlb etməyi düşündüyümüz futbolçuları seçərkən onların hazır olmasına diqqət yetirəcəyik. Yəni dəvət edəcəklərimiz öz klublarında son tura qədər 90 dəqiqə meydanda olanlar olacaq.
- Aleksandr Şoliçlı müqaviləni nə vaxt imzalayacaqsız?
- Şoliçin məsələsi həll olub. Bizdə söz müqavilə kimidir. O, bizdə çoxdan oynayır. Sadəcə vaxt olmadığında müqavilə imzalaya bilmədik. Kimisə komandada zorla saxlamayacağıq. Həmin adamın gərək ürəyi komanda ilə döyünsün. Əgər ürəyi varsa, qalsın. Elvin Məmmədova da demişik. Düzdür, o özünü bu mövsüm göstərə bilmədi. Düşünürük ki, yeni çempionatda faydalı ola biləcək.
- Boretslə Savinovun gedəcəyi dəqiqləşib?
- Onların bizimlə bir illik müqaviləsi var. Amma özlərinə demişik ki, hansısa klub onları baxışa çağırsalar getsinlər. Biz tərəfdən problem olmayacaq. Əgər başqa klub tapmasalar, müqaviləni qarşılıqlı şəkildə pozacağıq. FİFA-nın qaydalarına əsasən futbolçu kluba faydalı deyilsə, ona növbəti 3 ayın maaşını ödəməklə və transfer vərəqini verməklə müqaviləni pozmaq olar.
- Bir müddət əvvəl İtaliyanın “Boloniya” klubu ilə əməkdaşlığınız gündəmdə idi. Bu sahədə nə yenilik var?
- İtaliyaya yenə getməliyəm. Ancaq iclasa görə qalmışam. Toplantıdan sonra bu səfər baş tuta bilər.

0
0