AFFA-dan Quliyevə 20 oyunluq cəza
29.05.2012 - 11:51
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Kapital Bank U-15 Liqası”nın mayın 26-da keçirilən “Bakı” – “Qəbələ” matçında baş verənlər müzakirə olunub.
Oyunun 58-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Halim Fıçıcı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün türkiyəli çalışdırıcı 1 oyunluq cəzalanıb.
Oyun bitdikdən sonra “Qəbələ”nin məşqçisi Hüseynqulu Quliyev matçın baş hakiminə fiziki təsir göstərib. Bu hərəkəti üçün məşqçi 20 oyunluq cəzalanıb. Oyun bitdikdən sonra “Qəbələ”nin hakimləri təhqir edən futbolçusu Coşqun Süleymanov 4 oyunluq kənarlaşdırılıb.

0
0