Əli Gökdəmir yığmamızdan ayrılır
29.05.2012 - 12:56
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, əsas yığma ilə hazırlıq prosesində iştirak edən Əli Gökdəmir mayın 31-dən etibarən 21 yaşadək futbolçulardan ibarət millimizin düşərgəsinə yollanacaq.
Xatırladaq ki, Berti Foqtsun yetirmələri mayın 30-da Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. 21 yaşadək futbolçulardan ibarət yığmamız isə Avropa çempionatının seçmə mərhələsində iyunun 1-də Norveç, iyunun 5-də isə İslandiya komandası ilə qarşılaşacaq.
Mənbə: affa.az

0
0