Futbolçularımızın ailə üzvləri Andorra ilə matçı izləməyə gəldilər
29.05.2012 - 13:06
Sabah Almaniyanın Frankfurt şəhərində keçiriləcək Azərbaycan - Andorra yoldaşlıq oyununa giriş pullu olacaq. Apasport.az saytının Frankfurta ezam olunan əməkdaşının məlumatına görə, qarşılaşma üçün artıq biletlər hazırlanıb. Təşkilatçılar Azərbaycan və Andorranın hərəsinə 50 bilet təqdim ediblər.
Bundan başqa, Andorra ilə oyunu Azərbaycan yığmasının almaniyalı futbolçularının ailələri də izləyəcək. Belə ki, millimizin heyətində olan türk əsilli almaniyalıların yaxınları Frankfurta gəliblər. Onlar millimizin Andorra ilə qarşılaşmasında tribunada olacaqlar.
Qeyd edək ki, hazırda yığmamızın düşərgəsində türk əsilli almaniyalılardan Əli Gökdəmir, Ufuk Budak, Cihan Özkara və Ugur Pamuk var.

0
0