Xavyer Junior: Bəzən danışığım bir neçə dilin qarışığına bənzəyir
29.05.2012 - 14:03
“Artıq Bakıya öyrəşmişəm. Dillə bağlı problem də yoxdur. Komandamızda serb və xorvat futbolçular var ki, onlarla ünsiyyət qurmağım asandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın Xavyer Junior deyib.
Sloveniyada yaşayan braziliyalı futbolçu vətənində verdiyi müsahibədə Azərbaycan və ölkəmizdəki işləri haqda danışıb: “Digərləri ilə isə ingiliscə danışıram. Bundan başqa komandamızda ispan və portuqal dillərini bilən tərcüməçimiz var. Mən özüm isə bəzən çox dil bilməyimin əziyyətini çəkirəm. İspan, portuqal, sloven və ingilis dillərini bildiyimdən bəzən danışığım bir neçə dilin qarışığına bənzəyir. Lakin bu dillərin heç birini ideal bilmirəm”.
“Neftçi” ilə Azərbaycan kubokunun final oyununda qol vuran yarımmüdafiəçi mövsümün gedişindən də bəhs edib: “Final oyununun mütəxəssisinə çevrilirəm. Bu üzdən həlledici qarşılaşmada vacib qol vurdum. Çempionatda işlərimiz pis gedəndə, bir balaca təzyiq altında idik. Belə vəziyyətdə rəhbərlik qarşımızda kuboku qazanmaq vəzifəsi qoydu. Biz də bunu bacardığımızdan mövsümü yekununu müsbət saymaq olar. “Bakı” hər il qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyur. Bu da komandanın iddiaları ilə bağlıdır. Üzərimizdə təzyiq olsa da, mənim üçün qeyri-adi deyildi. Braziliyada da belə təzyiqdə oynamağa alışmışam. Ardıcıl 2 oyun pis oynayanda özünü ələ ala bilmirsən”.

0
0