“Xəzər Lənkəran” Avstriyaya 3 yeni futbolçu ilə yollanır
29.05.2012 - 14:29
“Manuel Skarlatake istisna olmaqla, bütün futbolçular iyunun 2-də bir araya gələcəklər. Rumıniyalı legioner isə hazırlığa başladıqdan sonra komandamızın düşərgəsinə gələcək”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
O bildirib ki, iyunun 2-də yeni mövsümün hazırlıqlarına başlayacaq komandası Rumıniyanın “Dinamo” klubundan transfer olunan Manuel Skarlatakeyə icazə verib: “Buna səbəb onun mayın 23-də Rumıniya kubokunun finalında oynamasıdır. Skarlatakeyə iyunun 10-dək icazə vermişik. O, həmin gün komandaya qoşulacaq. Digər legionerlərimizə gəlincə, onlar ayın 2-də hazırlıqlara başlayacaq heyətdə olacaq. Həmin gün 2-3 yeni futbolçunun da bizimlə olacağı gözlənilir. Keçidləri həll olunmadığı üçün hələlik ad çəkmək istəmirəm. Yeni legionerlər isə Avstriya toplanışında bizə qoşulacaq”.
Qeyd edək ki, “Xəzər Ləkəran” iyunun 5-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq.

0
0