Ufuk Budak təkzib edir: “Trabzonspor” mənimlə maraqlanır?
29.05.2012 - 14:44
“Hazırlığımız yaxşı gedir. Yaxşı məşq edib, hazır olmaq istəyirik”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Ufuk Budak deyib.
Milliləşdirilən türkiyəli sol cinah oyunçusu yığmamızın əsas heyətində yerini möhkəmlədib. Onun Almaniyada doğulub boya-başa çatdığını, yerli “Frayburq”da oynadığını nəzərə alsaq, burada özünü daha yaxşı hiss edir: “Məşqlərimiz yaxşı şəraitdə keçir. İnşallah, bunun xeyrini görəcəyik. Andorra ilə yoldaşlıq görüşünə qələbə üçün çıxacağıq”.
Yığmamızda milliləşdirilən türkiyəli futbolçuların sayı artır. Frankfurtdakı təlim-məşq toplanışında konkret 4 futbolçu yer alıb ki, bunlar Ufukla yanaşı, müdafiəçi Əli Gökdəmir, yarımmüdafiəçi Uğur Pamuk və hücumçu Cihan Özkaradır.
Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında çıxış edən bilən Budakın sözlərinə görə, özlərini rahat hiss edirlər: “Biz Azərbaycan yığmasında heç özümü əcnəbi kimi hiss etmirik. Burada yaxşı ab-hava var. Bütün futbolçularla dost, qardaş kimiyik”.
“Frayburq”un əvəzedici komandasında oynayan Ufuk tarixi vətəninə qayıdıb, “Trabzonspor”a keçəcəyi haqda söz-söhbətlər gəzir: “Nə, “Trabzonspor” mənimlə maraqlanır? Mən bunu ilk dəfə sizdən eşidirəm. Belə bir variant olarsa, dəyərləndirmək istərdim”.
Mehman SÜLEYMANOV
FRANKFURT

0
0