“Yaponiya yığmasına qarşı çox yaxşı mübarizə apardıq”
29.05.2012 - 14:54
“Fikrimcə, Yaponiya yığmasına qarşı komanda şəklində çox yaxşı mübarizə apardıq”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Cihan Özkara deyib.
Milliləşdirilən türkiyəli futbolçu Yaponiyaya səfərdə 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə əsas heyətdə yer aldı. Həmin oyundan razı qalan Cihan bildirib ki, 4-5 real qol vəziyyəti yaratsalar da, bundan maksimum yararlana bilməyiblər: “Düzgün yoldayıq. Yaponiya yığması çox güclü bir rəqibdir. Məncə, buna rəğmən, yaxşı çalışdıq və buna görə komanda yoldaşlarımdan hər kəsi təbrik edirəm. 4-5 real qol imkanlarımız vardı. Əgər onları dəyərləndirsəydik, matçın nəticəsi fərqli ola bilərdi. İndi qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Bu rəqibi 100 faiz yenməliyik və millidən belə ayrılmaq istəyirik”.
“Sivasspor”un heyətində Superliqada da meydana çıxan Özkara hələlik klubunu dəyişmək haqda düşünmür: “Sivasspor”la hələ 2 illik müqaviləm var. Hazırda milli komandadayam və hazırda yalnız yığmanı düşünürəm. Burdakı son matçı bitirəndən sonra gələcək taleyimi nəzərdən keçirmək istəyirəm”.
Mehman SÜLEYMANOV
FRANKFURT

0
0