Vüqar Nadirov: Yol bizi çox yordu
29.05.2012 - 15:14
“Andorra ilə oyuna yaxşı hazırlaşırıq. Məşqimizi də gördünüz, əhval-ruhiyyə yaxşıdır. İnşallah, sabah qalib gələrik”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Vüqar Nadirov deyib.
Yığmamızın Yaponiyaya 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşü haqda fikirlərini açıqlayan hücumçu sonradan meydana çıxdığı həmin matçda uğursuzluğa izah verib: “İstəməzdik ki, məğlub olaq. Ancaq yolun uzaq olmağı bizi çox yordu. Ancaq bunu bəhanə saymıram. Demirik ki, uduzmağımız buna görə oldu”.
“Qarabağ”ın futbolçusu Andorra yığması ilə sabahlı yoldaşlıq görüşündə qalib gəlib, istirahətə yaxşı əhval-ruhiyyədə çıxmaq arzusundadır: “Andorra ilə bir dəfə oynayıb, qələbə qazanmışıq. Ancaq yəqin ki, bu dəfə fərqli oynayacaqlar. Hələ oyunlarına baxmamışıq. Çalışacağıq ki, qələbə ilə ayrılaq. Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

0
0