Andorra - 1939 gündür uduzan komanda
29.05.2012 - 23:01
Bu gün millimizlə yoldaşlıq oyunu keçirəcək Andorra yığması qeyri-adi seriyası ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” təmsilçisi ardıcıl 35 oyundur uduzur.
Sonuncu dəfə 2007-ci il fevralın 7-də uduzmayan Andorra futbolçuları həmin vaxt Ermənistanla heç-heçə etmişdi – 0:0. Həmin qarşılaşmadan sonrakı 1939 gün ərzində isə bütün oyunlarda andorralılar uduzan tərəf olur.
35 oyunluq məğlubiyyət seriyasını qırmağa çalışacaq Koldo Alvaresin yetirmələri həmin yenilgilərdən birini elə millimizdən alıb. Bu, 2008-ci il iyunun 4-də olub. Yığmamız həmin vaxt 2:1 hesabı ilə qalib gəlib.

0
0