“Cırtdanlar”la bacarmadıq
30.05.2012 - 20:49
 “Cırtdanlar”la bacarmadıq
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız bu dəfə Andorra yığmasını sınağa çəkib.

FİFA reytinqində 205-ci olan rəqiblə qarşılaşma futbolçularımız üçün son 8 gündə 2-ci yoldaşlıq oyunu olub. Mayın 23-də Şizuoka şəhərində Yaponiyaya 0:2 hesabı ilə uduzan komandamız bu qarşılaşma ilə yay fasiləsinə yollanıb.

2 yoxlama oyunundan ibarət yaz toplanışını yüksək əhval-ruhiyyədə başa vurmaq üçün millimizin Almaniyanın Frankfurt şəhərində baş tutacaq görüşdən qələbə ilə ayrılması gözlənilsə də, bu baş verməyib. Belə ki, Berti Foqtsun yetirmələri münasib rəqiblə də bacarmayıblar. Oyun başladığı hesabla da sona çatıb.

Yoldaşlıq oyunu
30 may


AZƏRBAYCAN -ANDORRA - 0:0
Hakimlər: Mikael Veyner, Holger Hensçell, Kristof Bornhorst (hamısı Almaniya), Laurent Kopriva (Lüksemburq)
Frankfurt. “Viktoria Kelsterbach” stadionu

Azərbaycan:Kamran Ağayev, Mahir Şükürov (k), Elnur Allahverdiyev, Ruslan Abışov, Ufuk Budak, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Vüqar Nadirov, Elvin Məmmədov, Rizvan Umarov, Rauf Əliyev

Andorra: Xose Antonio Qomes, Ferran Pol, İlddfons Lima, Xosep Manuel Ayyala, Kristian Martinez, Adrian Rodriqes, Marsio Vyeyra, Serxi Moreno, Karlos Eduardo Peppe, Mark Qarsiya, Fernando Silva.

Qeyd edək ki, yığmamız indiyədək 3 dəfə qarşılaşdığı rəqibə uduzmayıb və üstəlik bundan öncəki görüşdə də qalib gəlmişdi.