Milli komandamızda daha bir futbolçu debüt edəcək - FOTO
29.05.2012 - 16:08
Milli komandamızda daha bir futbolçu debüt edəcək -  FOTO
Azərbaycan millisində daha bir futbolçu debüt edəcək. Apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “Turan”da icarəsi başa çataraq, müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdan qapıçı Anar Nəzirov Andorra ilə sabahkı yoldaşlıq görüşündə iştirak edəcək.

Hər halda, baş məşqçi Berti Foqts bu gün keçirilən açıq məşqdə əsas heyət oyunçuları arasında qapıçı kimi sona kimi Anara güvəndi. Hələ millimizin bu ilin fevralında Dubaydakı təlim-məşq toplanışında iştirak etsə də, yoxlama oyunlarında meydana çıxmayan 27 yaşlı qapıçı nəhayət, “siftə” etmək şansı qazanacaq.

Maraqlıdır ki, Foqtsun hazırda sərəncamında olan futbolçular arasında millidə debüt etməyən 2 nəfərdən biri məhz Anardır. Digər 2 qapıçıdan – Rauf Mehdiyevin də meydana çıxacağı, ikitərəfli oyunda iştirak etməyən əsas qapıçı Kamran Ağayevin isə ehtiyatda qalacağı istisna deyil.

Mehman SÜLEYMANOV
Frankfurt